"Reproduktiv sağlamlıq nədir?"mövzusunda maarifləndirici tədbir.

12.03.2025-ci il tarixində məktəbimizin psixoloqları Ə. Şərifova, Ş. Hüseynova və məktəbimizin tibb bacısı A. Sultanova tərəfindən VII-VIII sinif şagirdləri ilə (qızlarla) "Reproduktiv sağlamlıq nədir?" mövzusunda maarifləndirici tədbir təşkil olundu. Tədbirdə şagirdlərə şəxsi gigiyena qaydaları barədə geniş məlumat verildi. Onları maraqlandıran suallar cavablandırıldı.