5 MART – BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ”NƏ HƏSR OLUNMUŞ VOLEYBOL TURNİRİ

03.03.2025-ci il tarixində məktəbimizin idman zalında V-XI sinif qızlar  arasında “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş  Voleybol turniri keçirildi. Turnirdə beş komanda iştirak etdi.
     Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin sonunda qalib komandalar aşağıdakı kimi müəyyənləşdi:
1-ci yer 230 nömrəli tam orta məktəbin komandası
2-ci yer 181 nömrəli tam orta məktəbin komandası
3-cü yer 256 nömrəli tam orta məktəbin komandası
      Turnirin sonunda qaliblərə Diplom təqdim olundu.
      Tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik, yarışda iştirak edən bütün  komandalara gələcək yarışlarda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi