"Bir əsgərin yaşantıları" adlı tədbir keçirildi

22.05.2015 tarixi 230 №-li tam orta məktəb üçün daha bir əlamətdar gün kimi yadda qaldı.Məktəbimizdə müasir qələm sahiblərimizdən, tanınmış jurnalist Azər Həsrətlə görüş keçirildi. Təhsil nazirliyinin müvafiq əmrinə əsasən şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə məktəbimizdə ilboyu bir sıra tədbirlər həyata keçirilmişdir. Müxtəlif şair və yazıçıların əsərləri şagirdlər tərəfindən mütaliə edilmiş və bu əsərlərin müzakirələri keçirilmişdir. Bu mənada Azər Həsrətin ilk qələm təcrübəsi sayılan "Bir əsgərin yaşantıları" adlı memuar-romanı şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Məktəbdə təşkil olunan " Bir əsgərin yaşantıları" adlı tədbirdə müəllif özü də iştirak etdi. Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda çıxışları ilə başladı. Daha sonra yazarın həyat və fəaliyyətini əks etdirən şəkillər əsasında slaydlar nümayiş olundu. Sonra şagirdlərimizin ifasında "Bir əsgərin yaşantıları" romanı əsasında hazırlanan səhnəciklər nümayiş olundu. Səhnəciklər hər kəs tərəfindən böyük maraqla qarşılandı. Tədbirin davamında məktəbimizin direktoru Elşən Qafarov çıxış edərək qonaqları salamladı. Sonda müəllif çıxış edərək şagirdləri maraqlandıran sualları cavablandırdı. Tədbirdə fəal iştirak edən şagirdlərimizə Azər Həsrət tərəfindən imzalı kitablar hədiyyə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi