Dəmir qanadlı qəhrəman - 50 il

17 fevral 2025-ci il tarixində Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Ramiz Qasımovun anadan olmasının 50 illik yubileyidir .
Bu münasibətlə məktəbimizin müəllimi G.Niftalıyeva şəhidin adını daşıdığı 8 d sinif şagirdləri ilə birlikdə şəhidin məzarını ziyarət ediblər.
Sinif rəhbəri G.Niftalıyeva ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhid Ramiz Qasımovun keçdiyi döyüş yollarından, göstərdiyi şücaət və qəhrəmanlıqlar haqqında şagirdlərə ətraflı məlumat verib.
Allah şəhidlərimizə rəhmət eləsin .