NOVRUZ ŞƏNLİYİMİZ

Bakı şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyət planının 1.3.20. bəndinə əsasən “Novruz milli –mədəni dəyərimizdir”mövzusunda 17.03.2017-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə Novruz şənliyi keçirildi. Məktəbimizin şagirdləri bir-birindən gözəl çıxışlar etdilər. Bu şənlik məktəbimizin coğrafiya müəlliməsi Əliyeva Zümrüd tərəfindən təşkil olunmuşdur.Tədbirdə uşaqlar Novruz haqqında bildiklərini söylədi, bayrama aid şerlər, bayatılar söylədilər, mahnılar oxudular, rəqs etdilər. Səhnəcik hazırlayan uşaqlar öz məharətlərini nümayiş etdirdilər. Milli folklorumuzdan “Hakışta” deyişməsi oldu. Tədbir uşaqlara sevinc dolu anlar yaşatdı.Sonda məktəbimizin direktoru Təhmasib Məmiyev bütün 230 ailəsini və tədbir iştirakçılarını Novruzun gəlişi münasibəti ilə təbrik etdi . Onlara uzun ömür və can sağlığı arzuladı. Bizdə xalqımızı bu gözəl bayram münasibəti ilə təbrik edir,dünyamıza sülh,evlərimizə ruzi-bərəkət arzu edirik. BAYRAMINIZ MÜBARƏK!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi