20 yanvar faciəsinin 35- ci ildönümünə həsr olunmuş tədbir keçirildi

17 yanvar 2025-ci il tarixində məktəbimizin akt zalında 20 yanvar faciəsinin 35- ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, tarixə nəzər salındı, faciəyə həsr olunmuş şeirlər səsləndirildi, videolar nümayiş etdirildi. Daha sonra məktəbimizin şagirdlərinin iştirakı ilə hazırlanmış səhnəciklər təqdim olundu. Tədbirdə məktəbimizin adını daşıdığı 20 yanvar şəhidi Fuad Fərhadoğlunun ailə üzvləri də iştirak etdilər.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi