Breyn Rinq

15 may 2015-ci il tarixində 230 №-li tam orta məktəbdə Bakı şəhərində yerləşən bir qrup orta məktəblər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 ildönümü münasibəti ilə keçirilən "Breyn Rinq" bilik yarışının final mərhələsi keçirildi. Xatırladaq ki, 245 sayli tam orta məktəbdə keçirilən 1-ci mərhələdə finala vəsiqə qazanan komandalar-19 N-li tam orta məktəb, 245 N-li tam orta məktəb, 324 N-li tam orta məktəb, 7 N-li tam orta məktəb, 117 N-li tam orta məktəb və 60 N-li tam orta məktəb olmuşdur. Yarışa bütün komandalar yüksək səviyyədə hazırlaşmışdılar. Bu da yarışın gərgin mübarizə şəraitində keçməsinə səbəb oldu. Sonda "Breyn Rinq" yarışının qalibi 7 nömrəli tam orta məktəb oldu. 324 saylı tam orta məktəb və 117 saylı tam orta məktəblər 2-ci yerə ,19 saylı tam orta məktəb isə 3-cü yerə layiq görüldü. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Qalibləri təbrik edir, onlara dərslərində müvəffəqiyyətlər arzu edirik!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi