Müəlliməmizin uğuru

05.12.2024- cü il tarixində məktəbimizin Tarix müəllimi Qərənfil Mahir qızı Əsədovanın Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun nəzdində BED 1.30/1 saylı Birdəfəlik Dissertasiya Şurasında “Etnoqrafiya və etnologiya” ixtisası üzrə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Avropa mədəniyyətinin azərbaycanlıların məişətinə təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)”mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirildi.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. Müəllimimiz uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
Müəllimimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.