İşığa gedən yol

16 may 2015-ci il tarixi məktəbimiz üçün daha bir əlamətdar gün kimi yadda qaldı. Həmin gün məktəbimizdə Əməkdar müəllim, şair, nasir, publisist, tənqidçi, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü ,Azərbaycan Təhsil Şurasının sədri , pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin pedaqoji fəaliyyətinə həsr olunmuş "İşığa gedən yol " adlı tədbir keçirildi. Tədbirdə Əjdər müəllim və Bakı şəhərində yerləşən müxtəlif məktəblərdə çalışan müəllimlər iştirak edirdilər. Əjdər Ağayevi məktəbimizin şagirdləri gül-çiçək dəstələri və şeirlərlə qarşıladı. Əjdər müəllim şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa etdi. Tədbir Azərbaycan Respublikasının Dövlet himninin ifası ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Elşən Qafarov hörmətli professor Əjdər Ağayevi və digər qonaqları salamladı. O, Əjdər müəllimin hər bir pedaqoq üçün peşəsini sevən, zəhmətkeş bir insan kimi nümunə olduğunu vurğuladı. Sonra Əjdər Ağayevin həyat və fəaliyyətinin yadda qalan anlarını özündə əks etdirən şəkillərdən ibarət slaydlar nümayiş olundu. Tədbir 230 saylı tam orta məktəb müəllimlərinin məruzələri ilə davam etdi. Qeyd etmək istərdik ki, məktəbimizdə fənn kafedraları fəaliyyət göstərir və bu kafedralar Əjdər Ağayevin pedaqoji araşdırmaları əsasında kitabları kafedra iclasında müzakirəyə çıxarmış və məruzələr hazırlamışlar. “ Ümumtəhsil məktəbləri şagirdlərinin təhsilə, tərbiyəyə və əməyə hazırlanması” mövzusunda məktəbimizin ingilis dili müəllimi Firuzə İsayeva, “Əjdər Ağayevin pedaqoji görüşləri və ədəbiyyatın şəxsiyyətin formalaşmasında rolu” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Rəhimli, “Əjdər Ağayevin pedaqoji tədqiqatları” mövzusunda Rus dili müəllimləri Sevil Həsənova və Natella Şəfizadə, “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemləri” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimi hüseyn Məmmədov, Ə.Ağayevin “Təməldən əmələ” kitabı əsasında ibtidai sinif müəllimi Sevinc Səfərova, “Əməyin tərbiyədə rolu” mövzusunda Kifayət Allahverənova, “Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri” mövzusunda Tünzalə Əmirova məruzə ilə çıxış etdilər. Məruzələr dinlənildikdən sonra professor Əjdər Ağayevə söz verildi. O, tədbir iştirakçılarını salamlayaraq müəllimlərin hazırladıqları məruzələri yüksək qiymətləndirdi. Əməkdar müəllim Əjdər Ağayev öz pedaqoji fəaliyyətindən nümunələr çəkərək müəllim peşəsinin nə qədər çətin və şərəfli peşə olduğundan söhbət açdı. O, çıxışında müasir təhsilimizin problemlərindən də bəhs edərək bu problemərin həlli üçün gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü və bu məsuliyyətli işdə onlara uğurlar arzuladı. Sonra müəllimlər onları maraqlandıran suallarla Əjdər müəllimə müraciət etdilər. Hər bir sualı ətraflı cavablandıran Əjdər müəllim pedaqoqlara öz tövsiyələrini verdi. Sonda çıxış edən məktəb direktoru Elşən Qafarov dəvəti qəbul edib gəldiyi üçün Əjdər müəllimə 230 ailəsi və tədbirdə iştirak edən bütün müəllimlər adından təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi