Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar tədbir keçirildi

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar 28 noyabr 2024- cü il tarixində məktəbimizin kitabxanasında tədbir keçirildi.
Tədbirdə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri G.Ağabəyova, G.Şahbazbəyli və kitabxana müdiri K.Muradova Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar Məhəmməd Füzuli irsi haqqında şagirdlərə ətraflı məlumatlar verdilər. Daha sonra şagirdlərimizin ifasında şeirlər səsləndirildi, şairin qəzəllərindən ibarət kompozisiyalar təqdim olundu.