"Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində ekskursiyalarımız davam edir.

Məktəbimizin müəllimi G.Cəərçiyeva rəhbəri olduğu 5 c sinif şagirdləri ilə Zirə Ekoparka ekskursiya təşkil ediblər. Ekskursiya zamanı şagirdlərimiz Ekoparkda olan nadir bəzək və meyvə ağacları, bəzək kolları haqqında ətraflı məlumatlar alıblar. Daha sonra orada fəaliyyət göstərən Xalça muzeyində olan şagirdlərimizə qədim Azərbaycan xalça növləri, xalçaçılıqda istifadə olunan aksesuar və dəzgahlar haqqında ətraflı məlumatlar verilib.