“Sənə Zəfər yaraşır, Azərbaycanım!” adlı tədbir keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evi və Bakı şəhəri Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Zəfər Gününə və Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Sənə Zəfər yaraşır, Azərbaycanım!” adlı tədbir keçirilib.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mədəniyyət evinin “Səma” rəqs ansamblı, “Məşəl” rəqs qrupu və məktəbimizin şagirdləri çıxış ediblər, maraqlı rəqslər, şeirlər və kompozisiyalar nümayiş etdiriblər.