"Batareyaları təhvil ver, təbiəti qoru!”

Oktyabr ayından etibarən “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı məktəblərdə "Ekologiya ayı" keçirilir. Ekologiya ayı çərçivəsində təşkil edilən “Batareyaları təhvil ver, təbiəti qoru!” layihəsinə məktəbimiz də qoşulub. Layihə çərçivəsində istifadəyə yararsız batareyaların ətraf mühitə mənfi təsiri ilə bağlı şagirdlərimiz məlumatlandırıldı, istifadəyə yararsız batareyalar toplanılıb təhvil verildi.