Şagirdlər "Bilim Bakı" mərkəzinin qonağı olub

Məktəbimizin 45 nəfər təhsil alan şagird "Bilim Bakı" mərkəzində oldu. Şagirdlər bir-birindən maraqlı və əyləncəli dərslərdə iştirak etdilər.
Şagirdlərimiz səfər zamanı maraqlı təcrübələrdə iştirak etmiş və müxtəlif elmi sahələrlə yaxından tanış olmuşlar. Təcrübələr şagirdlərin elmə marağını artırmaqla yanaşı, onların praktik bacarıqlarını da inkişaf etdirmişdir.