Məktəbimizdə " PİSA for school " beynəlxalq qiymətləndirmə keçirildi.

17 oktyabr 2024- cü il tarixində məktəbimizdə IX, X, XI siniflərin səviyyəsini müəyyənləşdirmək məqsədilə " PİSA for school " beynəlxalq qiymətləndirmə keçirildi.
Ölkəmizdə 2018- ci ildən keçirilən PİSA qiymətləndirmə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.