Ümummilli lider Heydər Əliyevə həsr edilmiş disput keçirildi

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş disput keçirildi

10 may 2024-cü il tarixində məktəbimizin tarix müəllimi A. Cəfərova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş disput keçirdi.

Qeyd edildi ki, tarixi şəxsiyyət olan Heydər Əliyev həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti-Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.

Şagirdlər Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə fikir söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi