25 İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ "XOCALI FƏRYADI" ADLI TƏDBİRİMİZ.

23.02.2017- ci il Bakı Şəhəri Təhsil İdarəsinin Fəaliyyət planına uyğun olaraq Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar olaraq məktəbimizdə tədbir keçirildi.Xocalı Soyqırımın hər zaman acısını qəlbimizdə daşıyacağımız faciəmizdir. Bu faciəni dünyaya çatdırmağın ilk öncə yolu məktəblərdən keçir. Buna görə də 23 fevral 2017-ci il tarixində məktəbimizin ədəbiyyat müəllimi Rəhimli Gülnarın təşkilatçılığı ilə " Xocalımın fəryadı" adlı tədbir təşkil edildi. Tədbirdə şagirdlərin söylədiyi çıxışlarla yanaşı Xocalı Soyqırımı haqqında bildiyimiz və bilməli olduğumuz məlumatlar tədbir iştirakçılarına çatdırıldı. Tədbirdə iştirak etdilər: 230 nömrəli tam orta məktəbin direktoru Təhmasib Məmiyev, direktor müavini Səba Həsənova, HİK-nin sədri Fərzəliyeva Qıztamam, məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Fərzəliyeva Elmira, ingilis dili müəllimi Bəhrəmova Ülviyyə, coğrafiya müəllimi Əhmədova Ellada iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi