Dayanıqlı gələcək üçün maarifləndirmə

“Dayanıqlı gələcək üçün maarifləndirmə” devizi altında növbəti maarifləndirici görüş keçirilib

Orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Şagirdlərin fəal iştirak etdiyi görüşdə Nazirliyin əməkdaşları tərəfindən onlara tullantıların düzgün çeşidlənməsi, təkrar emalın əhəmiyyəti, təhlükəli tullantı sayılan işlənmiş batareyaların zərərləri, ətraf mühitin qorunması sahəsində həyata keçirilən tədbirlər və s. mövzularda məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara “Mən tullantıları çeşidləyirəm” adlı dərsdənkənar vəsaitlər hədiyyə olunub.

Görüş çərçivəsində  məktəb şagirdləri təhlükəli tullantı sayılan işlənmiş batareyaların zərərləri, əsasən ətraf mühit və insan sağlamlığı üçün təhlükəli ola biləcəyini əks etdirən müxtəlif rəsmlər çəkərək təqdim ediblər.  Ətraf mühitə qarşı həssas yanaşan məktəbli dostlarımız “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində topladıqları batareyaları da təhvil veriblər. 

Qeyd edək ki, keçən ilin fevral ayında məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 230 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilmiş və işlənmiş batareyalar üçün toplama qutusu təqdim edilmişdi. Həmin vaxtdan etibarən şagirdlər mütəmadi olaraq batareyaları toplayıb təhvil verirlər.

Ətraf mühitin mühafizəsində göstərdikləri dəstəyə görə 230 nömrəli tam orta məktəbin şagirlərinə  təşəkkür edirik!

#yaşıldünyanaminəhəmrəyolaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi