Məktəbdə sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirildi.

27.02.2024 və 28.02.2024-cü il tarixlərində Bakı şəhəri Fuad Fərhadoğlu adına 230 N-li tam orta məktəbdə sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüş keçirildi. Görüşdə Riyaziyyat və Xarici dil müəllimləri ilə söhbətlər aparıldı, müəllimlərin sertifikasiya ilə bağlı sualları cavablandırıldı.
Görüşün keçirilməsində əsas məqsəd: Müəllimlərə dəstəkləyici mühitin yaradılmasından ibarətdir.