Vətən müharibəsi iştirakçısı olan müəllimlərlə görüş

"8 Noyabr - Zəfər Günü" ilə əlaqədar Bakı şəhər 18 nömrəli tam orta məktəbdə Vətən müharibəsi iştirakçısı olan müəllimlərlə görüş keçirildi.

Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Azərbaycan Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova, Şəhid Əlihüseyn Məmmədovun anası və Vətən müharibəsi iştirakçısı olan müəllimlər də iştirak ediblər.

Həmin tədbirdə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi, Vətən müharibəsi iştirakçısı Məmmədov Nazim Elşad oğlu da iştirak edib. Zəfər Günü ilə əlaqədar müəllimimizə BŞTİ tərəfindən təşəkkürnamə təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi