Lütfi Zadə adına Məntiq olimpiadası

4 noyabr 2023-cü il tarixində Lütfi Zadə adına Məntiq olimpiadası keçirildi. Qeyd edək ki, olimpiada V sinif şagirdləri arasında təşkil olundu.

Məntiq olimpiadasının keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği və həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi