"Dəmirli qanadlı" qəhrəmanımız

Məktəbimizin müəllimləri Ş. Hüseynova və S. Ağayeva 7 D sinif şagirdləri ilə birlikdə bu gün şəhid polkovnik-leytenant Ramiz Qasımovun anım günü münasibəti ilə 2-ci fəxri xiyabanda şəhidin məzarını ziyarət etdilər.
Vətən müharibəsində göstərdiyi şücaət və fədakarlığı ilə tarixə düşən, " Dəmirli qanadlı" qəhrəmanımız Suqovuşan və Talış ətrafındakı ərazilərin azadlığı uğrunda döyüşlər zamanı düşmənin hərbi hədəflərini məhv edib. Oktyabrın 22-də şəhid olan Qəhrəmanımız ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı , “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin.