Adına, özünə vətən demişəm..

Şəhid Əmir İlham oğlu Kazımov.

Dərin hüznlə bildiririk ki, məzun şəhidimizin şəhadətindən artıq üç il ötdü.

Kazımov Əmir 29.01.1998-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub.

Orta təhsilini məktəbimizdə tamamlayan şəhid məzunumuz müəllimləri və sinif yoldaşlarının xatirində gülərüzlülüyü, tərbiyəsi, mehriban davranışı ilə qalıb. 44 günlük Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 29.09.2020-ci il tarixində Vətənin çağırışına yollanan Əmir 10.10.2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdı.

Fuad Fərhadoğlu adına 230 saylı məktəb kollektivi olaraq, şəhid məzunumuza Allahdan rəhmət, ailəsinə səbir diləyirik. Eyni zamanda, qeyd etməliyik ki, vətən uğrunda canını fəda edib qorxu bilmədən şəhidlik zirvəsinə ucalan Əmir kimi qəhrəman övladlarımıza ömürboyu borcluyuq.

Ruhun şad olsun, Əmir. Bu Vətən sənə və sənin kimi igidlər böyüdən ana və atalara minnətdardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi