Qələbənin 70 illiyinə həsr olunmuş tədbir

01.05.2015-ci il tarixində məktəbimizdə faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirildi. Həmin tədbirdə iki dəfə Sovet İttifaqı Qəhramanı general Həzi Aslanova həsr olunmuş "Mən sizi dünyalar qədər sevirdim" filminin çəkiliş heyəti və Həzi Aslanov rolunu ifa edən Ramiz Novruzla ,həmçinin bir qrup müharibə veteranı ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elşən Qafarov, qonaqları 230 saylı məktəb ailəsi adından salamladı. O, Böyük Vətən müharibəsində iştirak etmiş və böyük şücaət göstərmiş qəhramanlarımızı xatırlayaraq onların indi də gənc nəsillər üçün örnək olduqlarını vurğuladı.Bu baxımdan iki dəfə Sovet İttifaqı qərəmanı adını almış Həzi Aslanovun şücaəti hər bir Azərbaycan oğlu üçün qərəmanlıq nümunəsi olduğu qeyd edildi. Daha sonra "Mən sizi dünyalar qədər sevirdim" filmindən parçalar nümayiş olundu və qonaqların film haqqında fikirləri dinlənildi. Tədbirin gedişində tanınmış aktyor Ramiz Novruzov filmin çəkilişi zamanı baş verən maraqlı hadisələri tədbir iştirakçıları ilə paylaşdı. Tədbirin sonunda qonaqlar şagirdləri maraqlandıran suallara cavab verdilər. Görüşdə həmçinin tanınmış hərbi jurnalist və hərbi ekspert Üzeyir Cəfərovda iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi