Muğam-Milli-Mənəvi irsimiz

31.04.2015 tarixində Xəzər rayon Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Muğam-Milli-Mənəvi irsimiz" adlı muğam gecəsi keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elşən Qafarov Ümummilli Lider Heydər Əliyevin milli musiqimizə, muğama olan diqqətindən söz açdı. O qeyd etdi ki, məhz Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq hələ 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Sonra məktəb şagirləri Bəxtiyar Vahabzadənin "Muğam" poemasından parçalar səsləndirdilər. Tədbirin davamında Binə Musiqi Məktəbinin muğam müəllimləri, tanınmış muğam ifaçıları Arif İsmayıloğlu , Hüseyn Məlikov və gənc ifaçılar ecaskar muğam nümunələrini böyük məharətlə ifa etdilər və onların çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Tədbirdə iştirak edən hər kəs muğamın sirli-sehrli dunyasını səyahət etdi və ifaçıların çıxışlarından valeh oldular.Tədbirin sonunda cıxış edən məktəb rəhbərliyi tədbirin təşkilində göstərdiyi köməyə və bu dəyərli xəzinəmizi gənc nəsillərə çatdırdığına görə Binə Musiqi Məktəbinin direktoru Samirə xanım İsayevaya və ifaçılara təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi