Məktəbimizdə təbiət kafedrası "Sehrli dünya" adlı hesabat tədbiri keçirtdi

Xəzər rayonunda yerləşən 230№-li tam orta məktəbdə şagirdlərin bilik və bacarıqlarının aşkara çıxarılması, onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, eyni zamanda onların vətənə layiqli övladlar kimi tərbiyə olunması məqsədi ilə müxtəlif mövzularda silsilə tədbirlər həyata keçirilir. Məktəbimizdə müxtəlif fənlər üzrə kafedralar yaradılmışdır. Bu baxımdan digər kafedralar kimi, təbiət elmləri kafedrası da planlı şəkildə fəaliyyət göstərir. Vaxtaşırı fizika, kimya, biologiya və coğrafiya müəllimlərinin birgə toplantısı keçirilir. Toplantıda görüləcək işlər haqqında, görülən işlərin nəticəsi və əhəmiyyəti haqqında söhbətlər aparılır. II yarımil üçün hazırlanmış plana əsasən şagirdlər müxtəlif mövzularda referatlar yazmış, divar qəzetləri hazırlamış, əl işləri düzəltmişlər.Şagirdlərin əldə etdiyi biliyin yoxlanması məqsədi ilə test sorğuları aparılmışdır. Yekun olaraq 28 aprel tarixində “ Sehrli Dünya” adlı möhtəşəm tədbir keçirildi.2014/2015-ci il tədris ilinin fəaliyyət planına əsasən 230 №-li tam orta məktəbdə aprel ayı “ Təbiət elmləri” aylığı elan olunmuşdur. Ay ərzində rəhbərlik tədrisə nəzarət və şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə kimya, biologiya,fizika,coğrafiya fənnləri üzrə monitorinqlər keçirmiş,dərs dinləmələrdə iştirak etmiş və açıq dərslər keçirilmişdir. Şagirdlər “Gənc kimyaçı” , “Gənc fizik”, “Coğrafiya”, “Ekologiya”, “Gənc bioloq” adlı divar qəzetləri hazırlanmış, müxtəlif sərbəst işlər, referatlar yazmışlar.Həmçinin kimya müəllimi Dilarə Məmmədovanın “Kimya məktəbdə” jurnalının 2015-ci il aprel ayı buraxılışında məqaləsi nəşr olunmuşdur. Aylıq 28.04.2015-ci il tarixində keçirilmiş ədəbi bədii tədbirlə sonlandırlımışdır. Tədbirdə “Suni vulkan”, “ Əldə alov”, “ Qələvi metalların su ilə qarşılıqlı təsiri”, “Ağırlıq qüvvəsi” və s.kimi maraqlı təcrübələr nümayiş etdirildi. Şagirdlərin ifasında “Elektrik dövrəsi”, “Kimyəvi elementlərin bəhsi”, “ 7A və Cəbiş müəllim”, “N.Gəncəvi və fizika-kimya elmləri”, “Fənnlərin bəhsi”, adlı səhnəciklər səsləndirilmiş, “Məzəli mahnı” və “Orqanik kimya” musiqisi ifa olundu. IX sinif şagirdi Zeynalov Eminin hazırladığı Robot hamının marağına səbəb oldu. Sonda tədbir iştirakçıları rəhbərlik tərəfindən “Təşəkkürnamə” və hədiyyələrlə təltif olundu.Tədbirdə zəhməti keçən hər bir müəllim və şagirdə uğurlar arzu edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi