Şagirdlərimiz Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda

Respublikamızda 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü geniş şəkildə qeyd edildi. Məktəbimizin şagird və müəllim kollektivi 18.04.2015-il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunan "İrs günləri" festivalında iştirak etdilər. Məqsəd şagirdlərin dərsdənkənar fəaliyyətlərinin səmərəli keçirməsini təmin etmək və onlarda milli mənəvi dəyərləri qorumağın nə qədər vacib olduğunu aşılamaq idi. Şagirdlərimiz açıq səma altında təşkil olunmuş muzeyin ərazisini gəzdilər. Qoruqda gəzinti zamanı şagirdlər real tarixi ekspantlarla tanış oldular və bu da onlarda keçmişə səyahət təəsuratı yaratdı. Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu gəzintisi çox səmərəli keçdi və şagirdlərin böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi