Prof.Dr. Halil Güven məktəbimizdə

16.04.2015 tarixində San Dieqo Dövlət Universitetinin Gürcüstan üzrə nümayəndəsi Prof.Dr. Halil Güven və Prof.Dr. Oya Güven məktəbimizin qonağı oldu. Onlar əvvəlcə məktəbimizdə təşkil olunan şagirdlərin əl işləri sərgisi il tanış oldular. Sonra məktəbimizin müəllim və şagird heyəti üçün “Liderlik” mövzusunda seminar verildi. O, seminar iştirakçılarını uğur qazanmağın yolları barəsində məlumatlandırdı. Bununla yanaşı Halil Güven San Diego Dövlət Universitetinin “STEM” adlı proqramı barəsində seminar iştirakçılarına məlumat verdi.Görüşün sonunda müəllim və şagirdlərin sualları cavablandırıldı. Sonra Prof.Dr. Halil Güven və Prof.Dr. Oya Güven dərs prosesini izləmək üçün siniflərə girərək şagidlərlə maraqlı söhbət apardı. Sonda qonağımıza məktəb rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim olundu.Qeyd edək ki, Prof. Dr. Halil Güven 1956-cı ildə Kiprdə anadan olub. Boğaziçi Universitetinin “Mühəndislik” fakültəsini bitirdikdən sonra Missipi Universitetində magistr təhsili alıb. Hyuston Universitetində doktorantura təhsili aldıqdan sonra 1999-2003-cü illərdə Baxçaşəhər Universitetində, 2003-2007-ci illər arasında isə Doğu Akdeniz Universitetində, 2009-2011-ci illərdə isə İstanbul Bilgi Universitetində rektor kimi çalışıb. Bu sahədə biliklərini inkişaf etdirmək üçün Harvard Universitetində “Rektorluq” ixtisası üzrə təhsil alıb. İngilis, ispan və yunan dillərini bilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi