" Narkomaniya sosial bəladır "

21 oktyabr tarixində Bakı şəhəri  Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elşən Qafarov qonaqları salamlayaraq cəmiyyətimizdə zəif də olsa, artan dinamika ilə inkişaf edən narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını , bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti olduğunu qeyd etdi. Xəzər RPİ-nin rəisi polis palkovniki Azər Muradov məruzəsində narkomaniyaya qarşı ölkə səviyyəsində ,eləcə də rayon səviyyəsində aparılan kompleks tədbirlərdən danışdı. Daha sonra Xəzər rayonunun 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş narkoloqu Zakir Cabbarov psixatrop maddələrin insan orqanizminə dağıdıcı təsirindən  və bu bəlaya tutulmuş insanların müalicə yollarından məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi