ŞƏHİDLİK ZİRVƏSİ I FİLM-FUAD FƏRHADOĞLU

30.09.2016-cı il tarixində adı məktəbimizə verilmiş 20 Yanvar qəhrəmanlarından olan Fuad Fərhadoğlu Mövludova həsr olunmuş, "ŞƏHİDLİK ZİRVƏSİ I film FUAD FƏRHADOĞLU" sənədli filminin təqdimatı oldu.Təqdimatdan öncə şəhidin ailə üzvləri ilə birlikdə şəhidimizi ziyarət etdik. Təqdimat mərasimi dövlət himninin oxunması ilə başladı. Təqdimat mərasimində məktəbin direktoru Elşən Qafarov, şəhidimizin ailə üzvləri və sənədli filmin rejissoru Cavad Səlimov çıxış etdilər. Şagirdlərimizin də təqdimat mərasimində fəal iştirak etdilər. Film təqdimat iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.Allah bütün şəhidlərə rəhmət eləsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi