Eksternata sənəd verəcək məzunlar:

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcəkdir. Qeydiyyat 01 aprel 2015-ci il tarixdən 20 aprel 2015-ci il tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcəkdir. Qeydiyyat üçün tələb olunan sənədlər: 1. Şəxsiyyət vəsiqəsinin natoriat qaydasında təsdiq olunmuş sürəti; 2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil; 3. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış; 4. Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) natoriat qaydasında təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün); 5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə. Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaqdır. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər. Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi