Vətənpərvər şagirdlərimiz!

Bu gün məktəbimizin müəllimi Gülmirə müəllim sinif rəhbəri olduğu 5 e sinfinin şagirdləri ilə birlikdə həm siniflərinin adını daşıyan qəhrəman şəhidimiz Ülvi Rəfiyevi, həm də Fəxri xiyabanı ziyarət ediblər.

Nə xoş təsadüf ki, şəhid Ülvi Rəfiyevin məzarına ziyarət edərkən orada şəhidin atası və silah yoldaşları olmuş hərbiçilər və qazilərlə görüşmək məktəbimizin müəlliminə və şagirdlərinə nəsib olub. Gülmirə müəllim şəhidin yaxınlarına məktəbimizdə Ülvi Rəfiyevin adını yaşatmaq məqsədi ilə sinif otağı ayrıldığını və 5 e şagirdləri də həmin otağda təhsil alan şagirdlər olduğunu qeyd edib.

Şagirdlər şəhidimizin qəbri qarşısında şeirlər söyləyiblər. Həm şəhidin atası, həm də şəhidin silah dostları şagirdlərin şeirlərinə görə təşəkkür etdilər. Şagirdlərə şəhid Ülvi Rəfiyev haqqında çoxlu məlumatlar verildi.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi