Hərbi Qənimətlər Parkına ziyarət

Bu günlərdə Yeni Azərbaycan Partiyasının Xəzər rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə məktəbimizin müəllimləri Ləman Məmmədli və Elnarə Bayramova Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Qeyd edək ki, Hərbi Qənimətlər Parkı ötən il ölkəminizin böyük mücadilə verdiyi 44 günlük Vətən müharibəsi zamanı düşmən ölkənin əsgərlərinin döyüş meydanında tərk edib qaçmağa məcbur olduğu qənimətlərin hesabına yaradılmışdır. Parkı ziyarət edən müəllimlərimiz də qeyd ediblər ki, şagirdlərimizin mütəmadi olaraq buraya ekskursiyası təşkil olunmalı, igid əsgərlərimizin keçdiyi mücadilə yolu öyrənilməli, onların nələrlə və necə mübarizə apardıqları qənimətlərin fonunda şagirdlərimizə aydın izah edilməli, daim yaddaşlarda onların qəhrəmanlıqları xatırlanmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi