STEAM dərslərinin tədrisi

Bildiyimiz kimi, məktəbimizdə də artıq STEAM dərslərinin tədrisinə başlanılıb. Qısa zaman ərzində şagirdlərimiz dərslərə böyük maraq göstərmiş və fəal iştirakları ilə seçilmişlər. Fənn müəllimi Ləman Məmmədlinin şagirdləri ilə birgə hazırladığı nümunələrin effektivliyi, yaratdığı təəssürat şəkillərdə də öz əksini tapıb. STEAM dərsləri şagirdlərimizdə bilik və bacarıq formalaşdırmaqla yanaşı, həm də onların əhval-ruhiyyəsinə çox yaxşı təsir edir. İnanırıq ki, təhsil sahəsindəki bu cür innovasiyalar müasir bacarıqlara yiyələnmək istəyən şagirdlərimiz üçün daha da əlverişli olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi