"Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi

Bildiyimiz kimi, bu il həm də görkəmli aşığımız Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Ölkə başçımızın sərəncamına da əsasən, ölkənin hər yerində görkəmli aşığımızın 200 illiyinin yüksək şəkildə qeyd edilməsi və bununla bağlı tədbirlər planının hazırlanması nəzərdə tutulub. Məktəbimizin kitabxanasında ötən günlərdə " Ələsgər poeziyası " adlı tədbir təşkil edildi. Şagirdlərimizin ifasında aşığın şeirləri səsləndirildi. Aşığın sözlərinə yazılmış "Getmə amandı" adlı mahnısının IX B sinif şagirdi Həsənzadə Yaqutun ifasında səsləndirilməsi, VIII B sinif şagirdi Əliyev İkramın sazla yaratdığı ab-hava xoş təəssüratlar oyatdı. Tədbirdə eyni zamanda Bakı şəhər ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında təşkil ediləcək " Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda olan yaradıcılıq müsabiqəsinə də iştirakçılar seçildi. Şagirdlərimizə uğurlar arzu edirik!