" Zəfər kuboku" nun qalibləri.

Məktəbimizin "Qarabağ" komandası 1-ci yerə layiq görülüb.
Oktyabrın 20-də Bakı Şəhər Təhsil İdarəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Vətən müdafiəsinə hazıram" poliatlon çoxnövçülük idman növü üzrə Xəzər rayon tam orta məktəbləri arasında "Zəfər kuboku" adlı rayon çempionatı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hisslərini yüksəltmək, gənc nəsli bu ruhda tərbiyələndirməkdən ibarətdir.
Tədbirdə Bakı Şəhər üzrə Təhsil idarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin Çağırışaqədərki hazırlıq fənni üzrə metodisti Mürsəl Qurbanov, Xəzər rayon Gənclər İdman İdarəsinin rəisi Vüqar Əliyev və Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin direktoru Tamilla Yaqubova çıxış etdilər.
Tədbirin sonunda Xəzər rayon Gənclər İdman İdarəsi tərəfindən məktəbimizin "Qarabağ" komandasına kubok və diplomları təqdim olundu.