STEAM - müasir bacarıq və səriştələr.

Məlumdur ki, qloballaşma şəraitində müasir bacarıq və səriştələrə malik təhsilalanların yetişdirilməsi təhsil sistemləri qarşısında duran mühüm vəzifələrdən biridir. Son illər Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumtəhsil sistemində həyata keçirilən mühüm layihələrdən biri də yeni yaradıcı düşüncənin, yanaşma tərzinin, innovativ yeniliklərin təhsilimizə gətirilməsi ilə bağlı olan STEAM layihəsidir. STEAM- elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət elmlərinin inteqrasiyası deməkdir. Sevindirici haldır ki, artıq məktəbimizdə də layihənin tətbiqinə başlanılmış, məktəbimizin VI sinif şagirdlərinin dərs cədvəlinə STEAM dərsləri də əlavə olunmuşdur. Həm müəllimlərimizin , həm şagirdlərimizin marağına səbəb olan dərslər şagirdlərimizin fəallığı ilə seçilib. Məktəbimizin coğrafiya müəllimi Əhmədova Ellada müəllimənin VI C sinif şagirdləri ilə birgə təşkil etdiyi dərsdən çəkilən şəkillər dediyimizə əyani sübutdur. Layihədə bütün şagirdlərimizə və müəllimlərimizə uğurlar diləyirik.