Müstəqilliyin əbədi olsun, Azərbaycan!

18 oktyabr 2021-ci il.

Təqvimdən ötən 30 il.

Bütöv və tamamlanmış müstəqil Azərbaycan.

1991-ci ilin 18 oktyabrında 71 ildən sonra Azərbaycan Respublikası yenidən müstəqilliyinə qovuşmuş və adı dünyanın siyasi xəritəsinə yenidən yazılmışdır. Vətəndaşı böyük faciələr, soyqırımlar yaşamış, Vətən müharibələri görmüş ölkənin haqqının bərpa olunduğu tarixdir bu tarix. 30 ildir ki, artıq dünya siyasi arenasında öz sözünü deyən bir dövlətin nümayəndəsi olmaq hər bir azərbaycanlı üçün şərəf hesab edilməlidir və edilir.

Bu il artıq bu tarixi ölkə vətəndaşları olaraq, daha böyük sevinc və qürurla qeyd edirik. Çünki torpaqlarımız işğaldan azad edilmiş, ölkə ərazimiz öz bütövlüyünə qovuşmuşdur.Ölkə başçısı cənab İlham Əliyevin də sərəncamına uyğun olaraq , 29 il Müstəqillik Günü kimi qeyd etdiyimiz bu tarix artıq Müstəqilliyin Bərpası Günü kimi təqvimə daxil edildi.

Bu günün özəlliyini hər bir müəllim şərəflə və qürurla anladır öz şagirdlərinə.Məktəbimiz də öz ənənəsinə sadiq qalaraq, bu cür əlamətdar günləri unutmur, vətənpərvər müəllimlərimiz və şagirdlərimizin təşkil etdiyi tədbirlərlə xüsusi şəkildə qeyd edirlər.

Tarix müəllimimiz Aybəniz Cəfərova sinif rəhbəri olduğu VIII D sinfi ilə məktəbimizin tarix muzeyində bu əlamətdar günlə bağlı dəyirmi masa təşkil etdi. İbtidai sinif müəllimləri Vəfa Məmmədova, Mətanət Abdalova və Kəmalə Əliyeva rəhbəri olduqları IV Ç, III A və III E sinfinin şagirdləri ilə birgə maraqlı çıxışlar təqdim etdilər. Biz də şagirdlərimizin vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəməyən müəllimlərimizə təşəkkürümüzü bildiririk.

Müstəqilliyin əbədi olsun, Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi