"Son zəng" təntənə ilə qeyd olundu

Bildiyimiz kimi bu ildən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.Məktəbimizdə də bu gün "Son zəng" təntənə ilə qeyd olundu. İlk olaraq Dövlət Himninin sədaları altında Bayrağımız yüksəldildi.Daha sonra söz məktəbimizin direktoru Elşən müəllimə verildi.O, məzunları təbrik edərək onlara uğurlar arzu etdi. Ardınca İbtidai sinif şagirdlərimiz şeir və rəqslərlə məzunlarımızı təbrik etdilər. Məzunların rəqsləri və çıxışları ilə davam edən tədbir gözəl və maraqlı anları ilə yadda qaldı. Məzunlarımızı təbrik edir, onlara müstəqil həyatda atdıqları hər addımın onları uğura aparmasını arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi