230 №-li tam orta məktəb 20 Yanvar şəhidi Fuad Fərhadoğlunun adını şərəflə daşıyır.

24.09.2021-cı il tarixində məktəbdə Fuad Fərhadoğlunun ad günü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə  "Qanlı Yanvar" barəsində və şəhid Fuad Fərhadoğlu haqqında məlumatlar şagirdlərə çatdırıldı.

Həmçinin 26 sentyabrda doğum günü olan şəhid Lev Starçuk haqqında da şagirdlərə ətraflı məlumat verildi.

Bununla yanaşı məktəb şagirdləri tərəfindən söylənilən şeir parçaları tədbirdə böyük maraqla qarşılandı.

230  tam orta məktəb kollektivi hər iki şəhidin doğum günü ilə əlaqədar olaraq - Fuad Fərahdaoğlu (25 sentyabr), Lev Starçuk (26 sentyabr) - Şüvəlan qəbirstanlığında qəbrilərini ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi