1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bu gün məktəbimizin akt zalında bayram tədbiri keçirilmişdir. Yüksək bayram əhval-ruhiyyəsində keçən tədbirdə şagirdlərimiz milli və dünya xalqlarının rəqslərini böyük məharətlə nümayiş etdirdilər, şeir və mahnılar ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi