Paytaxt təhsili 2020-2021-ci tədris ilində

 

2020-2021-ci tədris ilində  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. 2020-2021-ci tədris ili bir tərəfdən ciddi sınaqlar ili kimi yadda qalsa da, digər tərəfdən yeni imkanlar ili kimi səciyyələndirilə bilər.

Bu tədris ilində, həmçinin müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə və qarşıda duran vəzifələrin icrasına nail olmaq məqsədilə BŞTİ-nin və İdarənin tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.

 

 

Ümumi statistika

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir.

2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 44 847, IX siniflərini 34 874, XI siniflərini 20 024, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər bitirib.

 

I sinfə qəbul prosesi

Paytaxt üzrə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 45 791 müraciət edilib.

Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibə təşkil edilib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib. Müsahibə nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası da fəaliyyət göstərib.

Qeyd edək ki, 24 iyun tarixindən etibarən müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün 2020-2021-ci tədris ili üzrə I sinfə elektron sistemdə məktəbə sorğu yerləşdirilməsi prosesi aktivləşdiriləcək.

Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

 

Paytaxtda I sinfə qeydiyyatla bağlı suallar cavablandırılıb

Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. Suallar şərhlər vasitəsilə 28-30 aprel 2021-ci il tarixlərində cavablandırılıb.

 

31 Alternativ qeydiyyat mərkəzi  fəaliyyət göstərir

Mövcud sanitar- epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 31 Alternativ qeydiyyat mərkəzi fəaliyyətdədir.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə 27 məktəbdə yaradılmış işçi qrupları və 4 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilir.

 

26 754 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

2020-2021-ci tədris ilində paytaxt üzrə BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1083 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 26 754 uşaq cəlb olunub.

 

16 040  şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16 040 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb-valideyn əlaqələrinin bu proses çərçivəsində daha da təkmilləşdirilməsinə və valideylərin təhsil müəssisələri ilə təmasının daha rahat və şəffaf təşkilinə xidmət edir.

 

60 Bakı məktəblisi olimpiadada qalib olub

Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8-i qızıl, 26-sı gümüş, 26-sı bürünc  medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 60 məktəbli uğur qazanıb.

 

Məntiq Olimpiadasında 26 paytaxt məktəblisi qalib olub

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 26 paytaxt məktəblisi qalib olub. Belə ki, 4 nəfər I, 9 nəfər II, 13 nəfər isə III yerin sahibi olub.

 

VI Respublika fənn müsabiqələrində 33 şagird qalib olub

Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 3 nəfər riyaziyyat, 8 nəfər kimya, 3 nəfər fizika, 6 nəfər biologiya, 13 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb. 

 

196 “Sağlam təhsil” sinfi təşkil edilib

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.

Layihə çərçivəsində 2020-2021-ci tədris ilində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.

 

Təntənəli açılış mərasimləri

2020-2021-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 154, 216, 251 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 nömrəli və Suraxanı rayonundakı 97 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.

 

Təhsil üçün vaksinasiya

Paytaxtda təhsil işçilərinin 24 978 nəfəri vaksinasiya prosesinə qoşulub.

 “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesində iştirak edib.  

 

Tədris ilinin ilk dərsləri

2020-2021-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə isə  “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.

 

Paytaxtdakı 187 məktəbdə 709  təmayül sinif təşkil olunub

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 709 təmayül sinif təşkil olunub. 

Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

 

86 şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Bu, sağlamlıq imkanları qismən məhdud uşaqlarla tam sağlam uşaqların eyni sinifdə oxuduğu siniflərdir. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına xidmət edir.

 

İşə qəbul üzrə 1 739 vakansiya təqdim olunub

Müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci tədris ili üçün 1 739 vakansiya təqdim olunub.

 

1 600 nəfər işə qəbul olunub

Müsabiqə və müsahibələr nəticəsində 1 600 nəfər işə qəbul olunub.

Bunlardan:

760  nəfər  müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

580 nəfər  müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;

260 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 

901 nəfər çalışmanın yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanıb

2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 901 nəfərlə müddətli müqavilə bağlanıb.

 

66 nəfər müxtəlif vəzifələrə təyin edilib

2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 43 nəfər, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə 23 nəfər təyin olunub.

 

İşə qəbul müsabiqəsi keçirilir

BŞTİ tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə keçirilir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1 146 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 778 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib.

 

Məktəb idarəçiliyi

2020-2021-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.

İdarə tərəfindən 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib.

118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb.

20 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

1 ümumi təhsil məktəbinin (304) fəaliyyəti dayandırılıb.

1 ümumi təhsil məktəbinin (152) fəaliyyəti bərpa edilib.

 

TDM-ə işə qəbul müsabiqəsi

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin onlayn qaydada imtahan mərhələsi keçirilib. Üç mərhələdən ibarət müsabiqənin imtahan mərhələsində TDM-də Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, ibtidai sinif, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika ixtisasları üzrə metodist (mentor) kimi çalışmaq arzusunda olan 62 nəfər iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 8 nəfər işə qəbul edilib.

 

Orta aylıq əmək haqqı 702 manat təşkil edib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2020-2021-ci tədris ili üçün 702 manat təşkil edib.

 

BŞTİ əməkdaşları təltif olunub

BŞTİ-nin əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər.

 

Şagirdlərin hazırlıq səviyyəsi yoxlanılıb

BŞTİ tərəfindən tədris ili ərzində iki dəfə IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.

Mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunan ilk qiymətləndirmədə  35 667, ikinci qiymətləndirmədə isə 30 730 şagird iştirak edib.

Riyaziyyat, ingilis dili və təlim dili üzrə keçirilmiş sınaq qiymətləndirmənin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir. Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib.

 

Paytaxt məktəbliləri buraxılış imtahanlarında uğura imza atıb

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanlarında uğura imza atıb.

Belə ki, 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin şagirdləri (IX sinif) üçün keçirilmiş buraxılış imtahanlarında Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Zöhrə Tağıyeva, Texniki-humanitar liseyin şagirdləri Aysel Sadıqova və Aysel Səfərzadə, 47 nömrəli tam orta məktəbin şagirdi Həcər Sadıxova, 251 nömrəli tam orta məktəbin şagirdi Validə Ağazadə 300 bal toplayaraq maksimum nəticə göstəriblər.

 

“Direktorlar klubu” yaradılıb

Ümumi təhsil məktəbləri direktorlarının vacib mövzular üzrə ictimaiyyətə açıqlığını və kommunikasiyasını təmin etmək məqsədilə “Direktorlar klubu” yaradılıb.

Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılmış klubun əsas məqsədi ümumi təhsil məktəbi direktorlarının təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək və təhsilin idarəetməsində keyfiyyətin artırılmasına töhfə verməkdən ibarətdir.

 

Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib.

16-30 iyun tarixlərini əhatə edən “Yay məktəbi”nə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla qoşulublar.

“Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

 

4 ümumi təhsil müəssisəsində inspeksiya və monitorinq təşkil olunub

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birlikdə 2 ümumi təhsil müəssisəsində inspeksiya keçirib.

Eyni zamanda BŞTİ-nin müvafiq əmrinə əsasən, 2 ümumi təhsil müəssisəsində kompleks monitorinq təşkil olunub.

 

Qabaqcıl ölkələrin təhsil sistemi araşdırılıb

Polşa, Böyük Britaniya, Estoniya, Kanada kimi qabaqcıl ölkələrin təhsil sistemləri, qiymətləndirmə və inspeksiya aparılması qaydaları, distant təhsilin effektivliyi, distant təhsil zamanı vaxtın idarə olunması kimi məsələlər araşdırılıb, bu kimi təcrübələrin paytaxt təhsilinə tətbiqi imkanları müzakirə olunub.

 

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişlənir

Pandemiya dövründə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.

Belə ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərib.

Layihə BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edib.

Sözügedən layihə çərçivəsində şagirdlər arasında  “Əsgərə salam” aksiyası təşkil olunub. Həmçinin məktəblilər Vətən Müharibəsində rəşadətli ordumuza dəstək olmaq üçün maraqlı videoçarxlar hazırlayıblar.

“Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, məktəblilər arasıda bir sıra onlayn yarışlar təşkil olunub.

Bundan başqa, təhlükəsizlik və sağlamlığa dair biliklərin artırılması, şagirdlər üçün xüsusi günlərə həsr olunmuş təlimlərin təşkili, sosial-emosional, vətənpərvərlik mövzularında tədbirlər həyata keçirilib.

 

211 layihə qeydiyyatdan keçib

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib.

Onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub.

 

“Virtual məktəbdə bir gün” layihəsi

BŞTİ tərəfindən “Virtual məktəbdə bir gün” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində təşkil edilən distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən dinlənilib, “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılıb.

 

“Onlayn dərs” müsabiqəsi keçirilib

BŞTİ tərəfindən “Onlayn dərs” müsabiqəsi keçirilib.

“Virtual məktəbdə bir gün” layihəsinin davamı kimi təşkil edilən müsabiqəyə ümumilikdə 193 onlayn dərs nümunəsi təqdim olunub. Onlardan 12-si qalib olub, 11-i isə fərqlənən dərs kimi qiymətləndirilib. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Tədrisin təşkilinə dair birgə layihə

BŞTİ və AzEduAz Təhsil Portalı tərəfindən məktəb direktorları üçün “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsi həyata keçirilib.

Məktəb direktorları layihə çərçivəsində yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası çərçivəsində həyata keçirilən işlərə dair məqalələrlə çıxış ediblər.

Layihə ümumi təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə məktəb direktorlarının tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair pedaqoq və idarəedici kimi praktik təcrübəsini, müvafiq təklif və tövsiyələrini bölüşmək məqsədilə keçirilib.

 

“Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi

BŞTİ  tərəfindən “Qafqazinfo” saytı ilə birgə “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən müəllimlər barədə ətraflı məlumat verilir, onların döyüş yolunu, eləcə də mülki həyatdakı fəaliyyətini əks etdirən fotoşəkillər təqdim olunur.

Layihənin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən paytaxt məktəblərində çalışan müəllimləri daha yaxından tanıtmaqdan və müəllim obrazını fərqli istiqamətdən təqdim etməkdən ibarətdir.

 

“Mənim məktəbim” layihəsi həyata keçirilir

BŞTİ və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsi həyata keçirilir.

 Layihə çərçivəsində hazırlanan qısa radioçarxlarda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır.

 

Mütaliəyə dair sosial layihə

“Hər kitab bir xəzinədir” adlı  sosial layihə həyata keçirilib.

BŞTİ tərəfindən təşkil edilmiş layihədə məktəbli, valideyn və pedaqoji işçilər iştirak edib. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşıblar.

 

Paytaxt üzrə 5 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.

Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

 

“Rəqəmsal bacarıqlar” layihəsi

Paytaxtın 123 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilib. Layihədə Bakı şəhəri üzrə 950 müəllim və 83 700 şagird iştirak edib.
Layihə çərçivəsində
 VI sinifdə təhsil alan 1 440 şagirdin informatika fənninə olan marağının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə imtahanı keçirilib.

  

Paytaxtın 305 məktəbində “Kiçik akademiya” fəaliyyət göstərib

2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 305 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərib.

“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur. Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib.

 

77 məktəbdə STEAM layihəsi tətbiq edilib

Paytaxtın 77 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

 

10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının  98-ci ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 2 nəfər I, 2 nəfər II, 3 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub.

 

“Sabahın alimləri” X Respublika Müsabiqəsi

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub.

Müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 1-i I yerə, 3-ü II yerə, 8-i isə III yer

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi