Respublika gününə həsr olunmuş dəyirmi masa təşkil olundu

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.Bu münasibətlə bu gün məktəbimizin bir qrup şagirdləri ilə birlikdə Respublika gününə həsr olunmuş dəyirmi masa təşkil olundu. Dövlət Himnimizin ifasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixini özündə əks etdirən videorolik nümayiş olundu. Sonra şagirdlərimiz həmin tarixə nəzər salaraq hazırladıqları məruzələrlə çıxış etdilər. Daha sonra tarix müəllimimiz Qərənfil Əsədova Azərbaycan Xalq Cümhuriyyətinin Müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında çox əhəmiyyətli rola malik olduğunu söylədi və bu mövzuda müzakirələr davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi