"Müdrik siyasət və Qarabağ Zəfəri"

Şagirdimiz Aysun Əhmədovanın "İlham Əliyev-Uğurlu diplomatiya" adlı referat yazı işi "Müdrik siyasət və Qarabağ Zəfəri" kitabında çap olundu. Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Müdrik siyasət və Qarabağ Zəfəri” mövzusunda 2 mərhələdən ibarət referat yazı müsabiqəsi keçirilib. Yekun konfransın qərarına uyğun olaraq təqdim olunan işlərdən xüsusi ilə fərqlənənləri seçilib və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən «Müdrik siyasət və Qarabağ Zəfəri» adlı nəfis tərtibatlı kitab şəklində çap edilib. Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 34 nəfər şagird Bakı şəhər mərhələsində iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər. Sonda qalib şagirdlərə sertifikatlar və yeni çap olunmuş “Müdrik siyasət və Qarabağ Zəfəri” kitabı təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi