Xocalı faciəsi

Xocalı soyqırımı XX əsr Azərbaycan tarixinin ən qanlı,faciəvi səhifələrindən biridir.Erməni separatçıları tərəfindən xalqımıza qarşı törədilən bu soyqırımın 29-cu ildönümüdür. Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi barədə BŞTİ-nin 12.02.2021-ci il tarixli F-38 nömrəli əmrini əsas tutaraq məktəb direktorunun 13.02.2021-ci il tarixində (əmr №-215) məktəbdə bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə əmr verildi. Tədbirlər planına əsasən həftə ərzində I-XI siniflərdə keçirilən virtual təşkilat saatları Xocalı faciəsinə həsr olundu. Fevralın 25-də VII-d, X-a sinif şagirdlərinin iştirakı ilə məktəbimizin tarix müəllimləri Aybəniz Cəfərova və Gülmirə “Xocalı faciəsi qan yaddaşımızdır” adlı virtual dərs təşkil etdilər. .F.Fərhadoğlu adına 230 nömrəli tam orta  məktəbin V b və ç sinif şagirdləri ilə "Xocalı soyqrımı-qan yaddaşımızdır" adlı təşkil etdiyimiz dərs Xocalı qurbanlarının xatirəsinə həsr olundu.  Xocalı faciəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi keçirildi. İbtidai siniflərdə Günay Tağıyeva(IV-b),Mətanət Şamilova(IV-d) öz sinifləri ilə əyani  dərslər keçirdilər.  Fevarlın 26-da onlayn və əyani ilk dərs saatları Xocalı faciəsinə həsr olundu. . Dərslər Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Xocalı soyqırımında şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Virtual rəsm sərgisi təşkil olundu.. Xocalı faciəsinə həsr olunmuş videoçarxlar hazırlandı. Bütün bu məlumatlar və videoçarxlar məktəbin saytında və facebook səhifəsində öz əksini tapmışdır.

 

 

https://www.facebook.com/230mekteb/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi