Birincilərimiz "Əlifba" bayramını qeyd edir

18 may tarixində Fuad Fərhadoğlu adına 230 N-li tam orta məktəbin 1D sinfi “Əlifba” bayramını möhtəşəm tədbirlə qeyd etdi.Müəllimimiz Nuray Mikiyevanın rəhbərliyi ilə şagirdlər bu bayrama yüksək səviyyədə hazırlaşmışdılar. Bu əziz günə-əlifba bayramına övladlarının ilk uğurları ilə sevinməyə və onu bölüşməyə valideynlər də gəlmişdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıldı. Ardınca şagirdlər hazırladıqları rəqs, musiqi, şeir parçaları ilə tədbirə rəngarənglik qatdılar. Şagirdlərin məktəbdə öyrəndiklərini böyük həvəslə nümayiş etdirməsi tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Sonda söz məktəbin direktoru Elşən Qafarova verildi. O, birinciləri, sinif rəhbəri Nuray Mikiyevanı, şənlik iştirakçılarını və valideynləri bu bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi