Birincilərimiz əlifba bayramını qeyd etdi

Əlifba-bütün elmlərə aparan yolların açarı. Böyük sevinclə, bəslədiyi ümidlərlə, qurduğu xəyallarla, ürəyində baş qaldıran arzularla övladının əlindən tutub məktəblərdə ilk zəngi səbirsizliklə gözləyən valideynlər, indi həmin körpə balaların əziz bayramına yığışmışdılar. “Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir. Birincilər bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar.17 may tarixində məktəbimizin ibtidai sinif müəllimi Sevinc Əliyevanın 1A sinfi "Əlifba bayramını" qeyd etdi. Artıq elmin açarını əldə edən- əlifbanı öyrənən birincilər böyük həvəslə və həyəcanla rəngarəng kompozisiyalarla çıxış etdilər. Birincilərimizin hər çıxışı tamaşaçıların alqışları ilə qarşılandı. Sonda çıxış edərək birincilərimizi təbrik edən məktəbimizin direktoru Elşən Qafarov bu cür gözəl tədbir təşkil etdiyinə görə Sevic müəlliməyə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi