I yarımil məktəbdaxili qiymətləndirmə yekunlaşıb

Məlumdur ki, bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Buna görə də mövcud şəraitdə 2020-2021-ci tədris ilinin ilk yarımili daha çox virtual şəkildə tədris olundu. Təhsil Nazirliyinin də göstərişinə uyğun olaraq birinci yarımil qiymətləndirilməsi də virtual şəkildə " Microsoft Teams" platforması üzərində yaradılmış virtual.edu.az saytı vasitəsilə onlayn şəkildə aparıldı. 230 saylı məktəb olaraq rəhbərlik və pedaqoji kollektivin birgə səyi nəticəsində qiymətləndirmə işi verilən təlimata uyğun həyata keçirildi. Müəllimlərimiz şifahi sorğu, test və ya yazı işi, təqdimat və layihə işinin hazırlanması kimi üsullardan istifadə edərək şagirdlərimizin bilik səviyyəsini qiymətləndirməyə çalışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi