Ədəbiyyat ruhun qidasıdır

Ədəbiyyat insanın daxili aləmini zənginləşdirir, insanda bədii zövq formalaşdırır, həyatın gözəlliklərini duyub-qavramada əvəzsiz rol oynayır. Şagirdlərdə bədii ədəbiyyata maraq oyatmaq və onlarda mütaliə vərdişləri formalaşdırmaq məqsədi ilə məktəbimizdə "Bədii qiraət müsabiqəsi" keçirilir. Müsabiqənin "Ədəbiyyat ruhun qidasıdır" adlı növbəti turu bu gün keçirilmişdir. Müsabiqə iştirakçıları müxtəlif mövzularda hazırladıqları şeir parçalarını səsləndirdikdən sonra iştirakçıların ifaları münsiflər heyəti tərəfindən dəyərləndirildi və müvafiq balla qiymətləndirildi. İfalar bitdikdən sonra çıxış edən məktəb direktoru Elşən Qafarov müsabiqənin əhəmiyyətindən bəhs etdi. İstedadlı şagirdlərin üzə çıxarılmasında bu müsabiqənin əhəmiyyətli bir layihə olduğunu diqqətə çatdırdı və məktəb kitabxanasından aktiv istifadə edən oxucuların adlarını açıqlayaraq aprel ayının qalibi kimi 7 a sinif şagirdi Miriyeva Fatiməni hədiyyə və diplomla mükafatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi