Biz ordumuzla fəxr edirik!

12 may tarixində məktəbimizdə "Biz ordumuzla fəxr edirik" adlı əsgərlərimizə dəstək tədbiri keçirilmişdir. Tədbirdə Qarabağda gedən döyüşlərdə iştirak etmiş döyüşçülər, Qarabağ qaziləri, Ağdamın Novruzlu kəndinin nümayəndələri iştirak edirdi. Dövlət himninin ifasından sonra şagirdlərimiz ordumuzun son döyüşlərdəki zəfərlərindən bəhs etdi və həmin döyüşlərdə şəhid olmuş əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Tədbir şagirdlərimizin ifasında ordumuzu vəsf edən şeir və mahnıların səslənməsi ilə davam etdi. Tədbirdə çıxış edən qonaqlarımız şagirdlərimizə gözəl çıxışları üçün təşəkkür etdi və bu cür vətənpərvər gəncliyi olan Azərbaycanın tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağına inandıqlarını söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi